Yazını böyüt
Yazını kiçilt
2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 min 422 nəfər, XI siniflərini 91 min 188 nəfər şagird bitirəcək.
Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, IX sinfi bitirənlərdən 61 min 400 nəfəri qız, 72 min 22 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 min 5 nəfəri qız, 49 min183 nəfəri oğlandır.
2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5 min 896 məktəbəhazırlıq qrupunu 100 min 529 nəfər uşaq başa vurub.